Hərbi Hava Qüvvələrində təlimlər keçirilib
2021-02-17 18:00
Döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin təlim uçuşları keçirilib. MiQ-29 tipli təyyarələrlə kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib. Pilotlar tərəfindən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla onun yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və hava döyüşlərinin aparılması üzrə tapşırıqlar məşq olunub. Qarşıya qoyulan məsələlər müvəffəqiyyətlə yerinə yetirilib.
Nərgiz camal