Hərbiçilərimiz Türkiyədə keçirilən “EFES - 2024” çoxmillətli təliminə qatılıblar
Türkiyədə keçirilən “EFES - 2024” çoxmillətli təlimində müxtəlif çaplı atıcı silahlardan praktiki atışlar icra olunub. Azərbaycan Ordusunun hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Beynəlxalq təlim mayın 30-dək davam edəcək.
Zülfiyyə Telmanqızı