Hərbçilərimizin əməliyyatı üçün İsraildən göz həkimləri dəvət olunub
2020-02-05 18:06
YAŞAT Fondu Vətən müharibəsində gözlərindən xəsarət alan hərbçilərimizin müalicəsi üçün İsraildən həkim heyəti gətirəcək. 10-a yaxın həkimdən ibarət heyət fevralın sonuna kimi ölkədə olacaq. Hərbçilər müayinə ediləcəklər. Əgər lazım olsa, burda əməliyyat olunacaqlar, ehtiyac yaranarsa xaricdə əməliyyata götürüləcəklər.
Vüsalə Camal