Hərbçilərimiz Türkiyədəki beynəlxalq axtarış-xilasetmə təlimində iştirak ediblər
Türkiyənin Konya şəhərində “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib. Tədbirdə Azərbaycan Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və ölkəmizin Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər.
Təlim poliqonunda iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası təqdim olunub.
Azad Mustafayev