Hərbçilərimiz beynəlxalq təlimdə praktiki uçuşlar icra edirlər
2021-05-28 16:07
Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları “Anatolian Phoenix-2021” təlimində plana uyğun olaraq təlim uçuşları keçirirlər. Əsas diqqət iştirakçı ölkələrin hərbi aviasiyası ilə müştərək fəaliyyətlərin planlaşdırılması, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqların yerinə yetirilməsinə yönəldilir.
Nərgiz camal