Hərarəti olan 20-yə yaxın şagird imtahana buraxılmayıb
2020-06-10 18:00
Bu gün keçirilən buraxılış imtahanlarında 20-yə yaxın şagird hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili imtahanlarının nəticələri yaxın 5 gün ərzində, 11-ci sinif buraxılış imtahanlarının nəticələr isə 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Fərid Mehdiyev