Hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır. Prezident İlham Əliyev
2021-05-27 18:00
“Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik". Bunu Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndində sakinlərlə görüşdəki çıxışında bildirib. "Artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır”, - deyə dövlət başçısı qeyd edib.
Vüsalə camal