Oktyabrın 6-da Praqada Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib. "Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bunu Prezident İlham Əliyev görüşdən sonra Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib. Dövlətimizin başçısı görüş zamanı önəmli məsələlərin müzakirə ediliyini, təmasların davam etdiyini vurğulayıb. "Biz razılaşdıq ki, şam yeməyindən sonra yenə də bir araya gələk. Hər halda, sülh prosesinə artıq təkan verildi” - Azərbaycan lideri qeyd edib.