Həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək

2019-10-08 14:07

Oktyabrın 9-da həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək. 27-ci dəfə keçiriləcək yarışlarda 8 komanda gücünü yoxlayacaq. Çempionatında həm kişi, həm də qadın komandalardan ibarət kollektivlər qüvvəsini sınayacaq. Qeyd edək ki, Azərbaycan çempionatının 2019/2020 mövsümünün oyunları “ABU Arena”da keçiriləcək.

Fərid Mehdiyev