Həmyerlimiz Ramil Quliyev daha bir mötəbər idman yarışında qələbə qazanıb

2019-09-11 10:22

Həmyerlimiz Ramil Quliyev ötən gün daha bir mötəbər idman yarışında qələbə qazanıb. Minskdə keçirilən atletika üzrə Avropa və ABŞ yığmaları arasında keçirilən yarışlarda Türkiyə yığmasını təmsil edən azərbaycanlı atlet, dünya və Avropa çempionu R.Quliyev 200 metr məsafəyə qaçışda birinci olub. O, 20,16 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

Fərid Mehdiyev