Həmkəndlisinin əmlakını qəsdən yandıran şəxs saxlanılıb
2020-08-17 18:04
Şəkidə polisə ərizə ilə müraciət edən Kiçik Dəhnə kənd sakini Tural Baqiyev təsərrüfatının qəsdən yandırılması nəticəsində 1500 ədəd ot bağlamasının yandığını, 1 baş iribuynuzlu heyvan və 70 ev quşunun tələf olduğunu bildirib. Keçirilən tədbirlərlə yerli sakin, əvvəllər məhkum olunmuş Səxavət Yusifov saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.
Nərgiz Camal