Həlak olan hərbçilərlə vida mərasimləri təşkil olunub
Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılov Gəncədə Şəhidlər Xiyabanında, Səxavət Axundov isə Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında dəfn olunublar. Dəfn mərasimlərində hərbçilərin ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fərid Mehdiyev