Həftəsnonu karantin rejimi yenidən sətrləşdiriləcəkmi?
2020-06-08 14:00
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov iyunun 13-ü, 14-ü və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti dəfə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi barədə məsələyə münasibət bildirib. “Baş Nazirin 4 iyun 2020-ci il tarixli müraciətində bu barədə heç bir açıqlama yoxdur. Hazırda da bu barədə heç bir qərar mövcud deyil. Bununla bağlı qərar qəbul ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək", - deyə vurğulayıb.
Nərgiz Camal