Həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub
2021-11-26 12:10
UEFA Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub. Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə edən Kiprin "Omoniya" klubunun futbolçusu Jordi Qomesin də uzaq məsafədən dəqiq zərbəsi namizədlər siyahısında göstərilib. 36 yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb.
Vüsalə camal