Həcc ziyarəti mümkün olmayacaq
2020-06-22 14:06
Bu il Azərbaycandan Həcc ziyarətinin baş tutması qeyri-mümkün görünür. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, əgər iyunun sonuna qədər sənəd qəbulu bərpa olunsa idi, Həcc ziyarəti baş tuta bilərdi. Lakin Azərbaycan və Səudiyyə Ərəbistanında karantin rejimi tətbiq olunduğundan bu prosedurların həyata keçirilməsi mümkünsüzdür. Həcc ziyarəti isə Qurban bayramı zamanı baş tutmalıdır.
Nərgiz Camal