Həbsxanaya makaronun içində narkotik keçirməyə cəhd olunub
8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Əfləddin Qulaməli oğlu Muradova qohumu Abşeron sakini Rövşən Umud oğlu Xasayevin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman makaronun içərisində gizlədilmiş 1,333 qram heroin və 0,458 qram metamfetamin aşkar edilib. Müalicə müəssisəsində saxlanılan məhkum Niyazi Rafiq oğlu Səfərov ilə qısamüddətli görüşə gəlmiş anası Bərdə sakini Gündüzə Qəmbər qızı Həsənovanın pul kisəsinin içərisindən isə gizlədilmiş 0,139 qram çətənə bitkisinin toxumları aşkarlanıb.