Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır
Hövsan Yarış Kompleksi FİFA-nın U-15 dünya çempionatı və festivalına tam hazırdır.Bu barədə AFFA-dan məlumat verilib.Oktyabrın 24-dən 30-dək Bakıda keçiriləcək yarış tarixdə ilk dəfə təşkil olunur. Turnirdə FİFA-ya üzv 189 ölkənin komandaları iştirak edəcək. Qarşılaşmaların əksəriyyətinə ev sahibliyi edəcək Hövsan Yarış Kompleksində qısa müddətdə 10 futbol meydançası hazırlanıb. Meydançalar eyni vaxtda 20 oyunun keçirilməsinə imkan verir.
23 oktyabr 2026

