Hörmüz boğazında razılaşdırılmamış marşrutla hərəkət edən gəmi saya oturub
Gəmi Hörmüz boğazında saya oturub və İran tərəfindən razılaşdırılmayan marşrutla hərəkət etməsi səbəbindən hərəkətini davam etdirə bilməyib.Bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb. Dəyən ziyanın miqyası hələ müəyyən edilməyib. Qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bütün dünyadakı gəmi kapitanlarına, gəmi sahiblərinə və gəmiçilik şirkətlərinin vəzifəli şəxslərinə Hörmüz boğazından keçidin İran tərəfi ilə razılaşdırılmalı olduğu barədə dəfələrlə xəbərdarlıq edib.
01 iyul 2026

