Gəncədə şagirdin qətlə yetirilməsi mübahisə zəminində baş verib
Gəncədə XI sinif şagirdi 17 yaşlı Raul Rəhimov qətlə yetirilib. 8 nömrəli məktəbdə baş verən hadisədən dərhal sonra məktəbli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 17 yaşlı Fərid Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Bu barədə DİN-nin mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov məlumat verib.
Fərid Mehdiyev