Gəncədə ölüm və xəsarətlə nəticələnən yol qəzası olub
Gəncənin Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində "Lada Priora" markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 2001-ci il təvəllüdlü Rəşad Bayramov və İmamverdi adlı şəxs ölüb. 2003-cü il təvəllüdlü Kənan Məmmədov isə xəstəxanaya yerləşdirilib.
Qazaxın 1-ci Şıxlı kəndində isə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Vüsalə Cənnətova