Gəncədə yaşayış binasında yanğın olub
Gəncə şəhəri, 28 May küçəsindəki yaşayış binasında yanğın olub. Hadisə zamanı ikiotaqlı mənzilin mətbəx hissəsi yanıb. Binada yaşayan təxminən 35 nəfər sakin təxliyə edilib. Əraziyə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov qısa müddətə söndürülüb.
Vüsalə Cənnətova