Gəncədə yanğın baş verib, xəsarət alan var

Gəncədə Heydər Əliyev prospekti bina 3 ünvanında yerləşən, 3 mərtəbəli binanın dam örtüyündə yanğın baş verib. Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri əraziyə cəlb edilib. Dam örtüyünün 300 kvadratmetr sahəsi yanıb, 50 nəfər bina sakini təxliyə olunub. Alov söndürülüb. Hadisə zamanı özünü pis hiss edən bir neçə sakinə tibbi yardım göstərilib. 1971-ci il təvəllüdlü A.Tanrıverdiyev isə əlindən yüngül xəsarət alıb. Olayın başvermə səbəbi araşdırılır.
Ucarın Əlikənd kəndində də ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağı yanıb. Alov söndürülüb.

Vüsalə Cənnətova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik