Gəncədə uşaq su anbarına düşüb
Gəncənin Azərbaycan bayrağı küçəsində uşaq su anbarına düşərək, təhlükəli vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri əraziyə cəlb olunub. Müəyyən olunub ki, 2015-ci il təvəllüdlü Y.Quliyev binanın həyətində oynayarkən qəflətən dərinliyi təqribən 7 metr olan boş su anbarına düşərək orada qalıb. Xilasedicilər uşağı anbardan çıxararaq, təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırıblar.
Vüsalə Cənnətova