Gəncədə Türkiyə vətəndaşını maşın vurub
Gəncədə 2008-ci il təvəllüdlü Türkiyə vətəndaşı naməlum sürücü tərəfindən vurulub. Nəticədə 14 yaşlı piyada kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hazırda hadisəni törədən sürücün tapılması istiqamətində axtarışlar davam etdirilir.