Gəncədə seçici fəallığı müşahidə olunur
Növbədənkənar parlament seçkiləri Gəncədə seçici fəallığı ilə davam edir. 4 seçki dairəsi üzrə 47 məntəqədə 208 min 708 nəfər seçici qeydiyyata alınıb. Yaşı 100-dən yuxarı olan 2 seçiçi var. Prosesi 3066 müşahidəçi izləyir. 38 saylı Gəncə birinci seçki dairəsinin 8 saylı seçki məntəqəsində də seçicilər öz namizədlərini seçirlər. Məntəqədə prosesi veb-kamera vasitəsilə də canlı izləmək mümkündür. Gəncə sakini Elmar Məmmədov səs verdiyini, seçicilərin səsverməsi üçün lazımi şəraitin yaradıldığını bildirir. Prosesi müşahidə edən Gülşən Hüseynova da səsvermə başlayandan hər hansı neqativ halın yaşanmadığını qeyd edir.
Vüsalə Cənnətova