Gəncədə rəqqasə və müğənninin meyiti tapılıb
Gəncədə 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının meyitlərinin tapılması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.
Meyitlər Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə təhvil verilib.
Onların dəm qazından zəhərlənərək dünyalarını dəyişdikləri ehtimal olunur. Aytən Abdullayeva rəqqasə, Turxan Əliyev isə müğənni olub.
Nərgiz Camalzadə