Gəncədə qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldı
Gəncədə polis əməkdaşları qəbiristanlıqlardan birindən mərmərdən hazırlanan sinə daşını və güldanları oğurlamaqda şübhəli bilinən şəhər sakini Xətai Tağıyevi saxlayıb. Məlum olub ki, mərmər sexində işləyən şəxs oğurladığı əşyaları başqa bir rayondan olan mərhumun ailə üzvlərinə satıb. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən Xətai Tağıyev törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Vüsalə Cənnətova