Gəncədə qadını avtomobil vurub
Ağstafada Tariyel İsgəndərovun idarə etdiyi "Mercedes" markalı avtomobil Aqil Osmanovun idarə etdiyi "VAZ 2107" markalı maşınla, ardından İslam Məmmədzadənin sükanı arxasında olduğu "Opel Astra" markalı avtomobillə toqquşub. "Mercedes"in sürücüsü ölüb, "Opel Astra"nın sürücüsü İslam Məmmədzadə isə xəsarət alıb.
Gəncənin Nizami Gəncəvi prospektində isə avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1992-ci il təvəllüdlü Günay Adıgözəlovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Vüsalə Cənnətova