Gəncədə narkotik vasitələri satan və yayan 30-dan çox şəxs saxlanıldı
Gəncədə polis müxtəlif yollarla ölkə ərazisinə, o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb. Onlardan müxtəlif çeşidli narkotik vasitələr aşkar edilərək götürülüb. Şəxslər narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduqları xarici ölkə vətəndaşlarından əldə etdiklərini bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.
Vüsalə Cənnətova