Gəncədə mübahisə zamanı qadın bıçaq xəsarəti alıb
Gəncənin Azərbaycan Bayrağı küçəsində 30 yaşlı şəhər sakini Davud İsmayılov qonşusu Kamran Eminovla mübahisə edib. Bu zaman onları aralamaq istəyən sonuncunun anası bıçaq xəsarəti alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir. Vətən müharibəsi iştirakçısı olan Davud İsmayılov polis tərəfindən saxlanılıb.