Gəncədə Kənd Təsərrüfatı İnnovasiyaları Sərgisi təşkil olunub
Azərbaycan Dövlət Aqrar Universitetdə “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində Sərgi təşkil olunub. Kənd Təsərrüfatı İnnovasiyaları sərgisində 200-ə yaxın dövlət və özəl şirkətlər, Samux, Şəmkir və Ağstafadan olan fermerlər, kənd təsərrüfatı və biznes assosiasiyaları, startap şirkətləri iştirak edib. Sərgidə istehsal olunan kənd təsərrüfatı məhsulları və məlumatlılığın artırılması məqsədilə hazırlanmış çap materialları, eləcə də bəzi avadanlıqlar nümayiş olunub.