Gəncədə kişi həyat yoldaşının gözlərini çıxarıb, özü isə intihar edib
Gəncədə qadın əri tərəfindən işgəncələrə məruz qalıb. 1982-ci il təvəllüldü Hüsniyə Quliyeva həyat yoldaşı - 1965-ci il təvəllüdlü Səttar Cəlilov tərəfindən bədəninin və gözlərinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat edilib. Xəstəxanadan bildirilib, ki qadının gözünün biri bu gün amputasiya ediləcək. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisədən sonra S.Cəlilov isə özünə bıçaqla xəsarət yetirərək intihar edib. Faktla bağlı araşdırma aparılır.