Gəncədə Gədəbəy sakinini bıçaqlayan şəxs saxlanılıb
Gəncədə Gədəbəy rayon sakini - 32 yaşlı Elyar Abbasovu bıçaqlamaqda şübhəli bilinən 21 yaşlı H.Haqverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Zərərçəkən 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisə şəxsi münasibətlər zəminində törədilib.
Fərid Mehdiyev