Gəncədə fəaliyyət göstərən dönərxanada nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi Gəncədə Heydər Əliyev prospektində fəaliyyət göstərən dönər evlərindən birində planlı yoxlama aparıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Aşkar edilən faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.