Gəncədə dərman preparatlarının satışına məhdudiyyət qoyuldu
2020-06-01 18:04
Qida Təhlükəsizliyi Agentliyi Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlayıb. Nicat Tanrıverdiyevə məxsus yük avtomobilindən fiziki şəxs Pərviz Poladlıya məxsus dövlət qeydiyyatı olmayan və mənşəyi bilinməyən 24 adda baytarlıq preparatı aşkar edilib. Götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib. Qanunvericiliyə uyğun olaraq aşkarlanan dərman preparatlarının satışına məhdudiyyət qoyulub.
Vüsalə Camal