Gəncədə benzinlə dolu qabın üzərilərinə atılması nəticəsində 3 nəfər yanıb
Gəncədə 3 nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov söyüş üstündə düşən münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb. Hadisə nəticəsində Muraz Namazov, 1993-cü il təvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alıblar. Eltəkin Zeynalov və Muraz Namazov Bakıda Yanıq Mərkəzinə yerləşdiriliblər, vəziyyətləri ağırdır. Gəncədə müalicə alan Niyaməddin Kazımovun vəziyyəti isə kafidir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev