Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları şəhər sakininə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxsi saxlayıblar. Şöbə əməkdaşları tərəfindən onun ətrafında aparılan istintaq hərəkətləri zamanı onun daha bir oğurluq cinayəti törətməsi müəyyən olunub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev