Gəncədə avtobus sürücüləri etiraz edir, sərnişinlər yolda qalıb
Gəncədə 11 nömrəli avtobusun sürücüləri xəttə çıxmaqdan imtina ediblər. Buna səbəb dünəndən qüvvəyə minən qiymət artımıdır. Bu üzdən mənzil başına çatmaq istəyən xeyli sayda sərnişin dayanacaqlarda qalıb. Sürücülər xəttə çıxmamasını isə plan məbləğinin artması və təmir məsrəflərinin yüksək olması ilə izah edirlər.
Nərgiz Camalzadə