Gəncədə 46 yaşlı kişi qətlə yetirilib
Gəncənin 3-cü mikrorayon ərazisində şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimov şah damarının kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü Afdandil Kərimov saxlanılaraq istintaqa cəlb edilib.