Gəncədə 46 yaşlı kişi narkotik vasitənin təsirindən ölüb
Gəncənin Nəriman Nərimanov prospektində yerləşən evdə şəhər sakini narkotik vasitənin təsirindən ölüb. Belə ki, 1976-ci il təvəllüdlü Hacızadə Rəfael Aydın oğlu komatoz vəziyyətə düşüb. 46 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib. Meyiti aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.