Gəncədə 34 yaşlı kişi üzündən bıçaqlanıb
Gəncədə 34 yaşlı Telman Qurbanov üz və əl nahiyəsindən kəsici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir. Hadisəni 1985-ci il təvəllüdlü Vüqar Yaqubov törədib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Fakt araşdırılır.
Fərid Mehdiyev