Gəncədə 17 yaşlı məktəblini bıçaqla öldürən həmyaşıdı tutulub
Gəncədə məktəbin önündə bıçaqlanan şagird ölüb. Hadisə bu gün 8 nömrəli tam orta məktəbin qarşısında baş verib. Məktəbin XI sinif şagirdi 2007-ci il təvəllüdlü Raul Rəhimov 1 bıçaq zərbəsi ilə ağır xəsarət alıb. Şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib. Fakta görə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli məktəblinin həmyaşıdı Fərid Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Raul Rəhimovun dərsə davamiyyətinin yaxşı olduğu bildirilir.
Fərid Mehdiyev