Gəncədə 16 yaşlı şagird xəsarət alıb
Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib. Ayağından xəsarət alan oğlan xəstəxanaya aparılıb. İlkin məlumata görə, 36 nömrəli məktəbin şagirdinə digər məktəbli tərəfindən xəsarət yetirilib. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Cənnətova