Gəncə sakinləri İlham Əliyevin seçkidəki qələbəsini bayram ediblər
Gəncə şəhərində və Göygöl rayonunda Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə yürüş keçirilir.
Şuşa şəhərində yürüş və atəşfəşanlıq olub.
Füzuli, Laçın şəhərlərində sakinlər seçkilərdə İlham Əliyevin inamlı qələbəsini bayram əhvali-ruhiyyəsində qeyd ediblər, avtoyürüş keçiriblər.
Zəngilanın Ağalı kəndində də avtomobil karvanı küçələr boyunca musiqi sədaları altında yürüş edib. Kənd sakinləri mərkəzdəki istirahət parkına toplaşaraq, sevinc hisslərini paylaşıblar.
Vüsalə Cənnətova