Gəncə sakini Göygöldə silah satmaq istəyərkən tutulub
Polis əməkdaşları Göygöldə silah satmaq istəyən şəxsi saxlayıb. Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Verdiyev polis şöbəsinə gətirilib. Onun üzərindən “Makarov” tapançası, həmin silaha aid sandıqca və 5 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev