Gəncə boksçusu beynəlxalq turnirin qalibi olub
Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. Kişilərdən ibarət Azərbaycan milli komandasının üzvləri son yarış günündə 7 çəki dərəcəsində çempionluq uğrunda mübarizə aparıblar. Təmsilçilərimiz hamısı finalda rəqibinə qalib gəlib. Məsud Yusifzadə, Ümid Rüstəmov, Malik Həsənov, Nəbi İsgəndərov, Murad Allahverdiyev, Alfonso Dominqes və Məhəmməd Abdullayev çempion adını qazanıblar. Gəncəli dəri əlcək ustası, məşqçi Turqay Əliyevin yetirməsi olan Nəbi İsgəndərov finalda polşalı rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəbinin qalib gəldiyi çəkidə erməni idmançısı 3-cü yeri tutub. Amma o, fəxri kürsüyə çıxmaqdan imtina edib.