Gələn ilin sonundan Şuşada 2500 nəfər yaşayacaq
Milli Şəhərsalma Forumunda Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov belə deyib. “Əhalinin qayıdışına hazır olmaq lazımdır. Gələn ildən sosial və turizm sektorlarında məşğulluq üçün işlər görüləcək. Şuşanın iqtisadi cəhətdən xüsusi profili var. Şuşada turizmin inkişafı əsas məqsədlərdəndir”, - deyə Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.