Gələn il ölkə üzrə yaşayış minimumu 270 manat olacaq

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib. Büdcənin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat məbləğində təsdiq edilib. Gələn il ehtiyac meyarının həddi və ölkə üzrə yaşayış minimumu 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi bu illə müqayisədə 10,4 % çox – 6 milyard 919 milyon 900 min manat təşkil edəcək. 2024-cü ildə işsizlikdən Sığorta Fondunun büdcəsi isə 2023-cü ilə nisbətən 9,3 % çox – 238 milyon manat olacaq.

Vüsalə Cənnətova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik