Gədəbəydə yollar ağır texnikalarla qardan təmizlənir
Gecə saatlarından yağan qar Şuşada nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb. Temperaturun aşağı düşməsi rayonun dağ yollarında buzlanmaya səbəb olub. Yolların qardan təmizlənməsi üçün texnikalar cəlb olunub, iş aparılır. *** Dağ rayonu olan Gədəbəydə də qarlı-şaxtalı hava şəraiti davam edir. Rayon mərkəzində qarın qalınlığı 10 santimetr, kəndlərdə isə 25-30 santımetrə çatıb. Gecə saatlarından etibarən avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün ağır texnikalar və işçi qüvvəsi yollara səfərbər olunub. Hazırda dağ kəndlərini rayon mərkəzi ilə birləşdirən yolda, eləcə də Şəmkir-Gədəbəy yolunda qabaqlayıcı tədbirlər görülür, qum-duz qarışığı səpilir.