Gədəbəydə qayda pozduğuna görə saxlanılan avtomobildən oğurluq elektrik naqilləri çıxdı
Gədəbəydə “VAZ-2110” markalı avtomobilin sürücüsü, rayon sakini İsmət Allahverdiyev yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb. Bu zaman avtomobildə çoxsaylı elektrik naqilləri olması şübhələr yaradıb. Polis Şöbəsinin əməkdaşlarının apardıqları istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o yaxın tanışları, Ramin Şükürov və Ülfət Abbasov ilə birlikdə Qarıkənd kəndində elektrik dirəklərinin yanında saxlanılan ümumi uzunluğu 408 metr olan elektrik naqillərini gizli yolla oğurlayıblar.
Azad Mustafayev